Bakıda ağır qəza: ölən var
7 Sentyabr 2015 11:55 KriminalBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 14 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Rüstəmov idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə qəsəbə sakini, 1973-cü il təvəllüdlü Reyhan Hüseyn qızı Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynova orada ölüb. Binəqədi RPİ araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31