Bakı dəniz limanında yanğın baş verdi
Hadisə nəticəsində 1 ədəd kartof bişirən aparat yanıb
7 Sentyabr 2015 10:22 KriminalBakı şəhəri dəniz limanında yanğın baş verib. ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 5 mərtəbəli Bakı Dəniz Limanı binasının 2-ci mərtəbəsində yerləşən yanğın baş verib. Ümumi sahəsi 120 kv.m olan mətbəxdə hadisə nəticəsində 1 ədəd kartof bişirən aparat yanıb. Mətbəx yanğından mühafizə olunub. Yanğın saat 05:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31