Qadını bıçaqla hədələyərək pul tələb edən saxlanıb
4 Sentyabr 2015 16:28 KriminalLiman şəhərində qadının evinə hücum edilib. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Liman şəhərində yaşayan Nisə Cabbarovanın evinə girib onu bıçaqla hədələyərək pul verməsini tələb edən şəxs saxlanıb. Araşdırma zamanı saxlanan şəxsin onun həmyerlisi Allahverdi İmanzadə olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31