Sabirabadda narkotik vasitə aşkarlanıb
4 Sentyabr 2015 16:26 KriminalSabirabad sakininin həyətyanı sahəsində xeyli mqdarda narkotik vasitə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini Əlisəfa Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11 kiloqram 220 qram olan 19 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 750 qram marixuana aşkar edilərək götürülüb. Həmçinin Tovuz RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Azər Rüstəmovun evinə baxış zamanı 468 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31