Bakıdakı dəhşətli qəzada ölən və yaralananların adları açıqlandı
3 Oktyabr 2012 16:21 KriminalDaxili İşlər Nazirliyi oktyabrın 1-də Maştağa-Zabrat yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə zamanı "Zil" markalı avtomaşının sürücüsünün Bakı şəhər sakini Etibar Hacıyev, "VAZ-21015" markalı avtomaşının sürücüsünün Bakı şəhər sakini Mirsahib Məlikzadə, ölənlərin isə M.Məlikzadə və sərnişini Seyidbəy Məmmədov olmaları müəyyən edilib. E.Hacıyev Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31