Siyəzəndə itkin düşən gəncin meyidi kanaldan tapıldı

Sentyabrın 13-nə keçən gecə Siyəzən rayonunda itkin düşən şəxsin meyidi tapılıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, həmin gecə rayonun Balaca Həmyə kənd sakini Rüstəm Rüstəmov evdən çıxıb, geri qayıtmayıb.  R.Rüstəmovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti oktyabrın 2-də Samur-Abşeron su kanalının Siyəzən rayonunun ərazisindəki su durulducu hövzəsində tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31