Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 23:23-də başa çatmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31