Bakıda 5 mərtəbəli binada yanğın olub

Bakı şəhəri, Nizami rayonunda 5 mərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 5-ci mərtəbəsində yaşayan,v ətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin mətbəxində masanın üstündə elektrik ütü və masanın üzlüyü yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət divarı və tavanı 1 kv.m sahədə əriyib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31