Vətəndaşdan telefon alıb qaçan saxlanıb
3 Sentyabr 2015 16:49 KriminalPaytaxtın Nərimanov rayonunda soyğunçuluq etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 22-də Əmrah Əsgərliyə və Fuad Abbaszadəyə məxsus mobil telefonları soyğunçuluq yolu ilə almış Füzuli rayon sakini Anar Bəylərov tutulub. Hazırda onun digər cinayət hadisələrində iştirak edib-etməməsi məsələsi araşdırlır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31