Prodüsserin evindən külli miqdarda pul oğurlanıb
Pulları və qızıl əşyalarını oğurlayan şəxs qadın imiş
3 Sentyabr 2015 14:36 KriminalAbşeron rayonunda evdən pul və qızıl oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Roland Bayramovun evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlamış Masazır qəsəbə sakini Aysel Abdullayeva tutulub.
Qeyd edək ki, R.Bayramov tanınmış prodüsserdir və bir sıra müğənnilərlə işləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31