İranlı Azərbaycanda 15 min dollara narkotik satarkən tutuldu

İran vətəndaşı Azərbaycanda tiryək satarkən tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah Amankənd kəndində 5 kiloqram 190 qram tiryəki 15 min ABŞ dollarına satarkən tutulub. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31