“Mersedes”-in vurduğu piyada ölüb
2 Sentyabr 2015 16:31 KriminalSentyabrın 1-də saat 23 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Emin Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. DİN-dən verilən məlyumata görə, nəticədə piyada hadisə yerində ölüb. Həmçinin Nizami rayonunun Q.Qarayev prospektində şəhər sakini Ramil Həmidov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Hər iki faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31