Avtomobillərin toqquşması ölümlə nəticələndi

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, avqustun 30-da saat 21 radələrində Quba rayonunun Vladimirovka kəndində rayon sakinləri Şöhrət Mahmudovun idarə etdiyi "Mercedes" və Sabir Eyyubovun idarə etdiyi "VAZ-21070" markalı avtomobillər toqquşub. Nəticədə S.Eyyubov və sərnişini Yəmən Əliyeva xəstəxanaya yerləşdirilmişlər. S.Eyyubov sentyabrın 1-də orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31