Salyan sakini suda batıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olub. Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31