Neftçalada 2 otaqlı ev yanıb
2 Sentyabr 2015 13:19 KriminalNeftçala rayonu, Kürkənd kəndində vətəndaşa məxsus 2 otaqllı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və bitişik ümumi sahəsi 5 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31