Narkotiklə tutulan şəxsin digər əməlləri aşkar edilib

Avqustun 29-da narkotik vasitə ilə tutulmuş Rövşən Kərimovun ətrafında axtarış aparılıb. DİN-dən verilən məlumata görə, Yevlax RPŞ və Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 27-də Mingəçevir şəhər sakini Eldəniz Əliyevlə birgə Samirə Məmmədovanın 60 manatını soyğunçuluq yolu ilə alması da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə E.Əliyev Mingəçevir şəhərində tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31