Vağzal xuliqanları yaxalandı

Avqustun 30-da Bakı dəmir yolu sərnişin vağzalında 3 nəfər naməlum şəxs Saatlı rayon sakini Faiq Həsənova zor tətbiq edib mobil telefonunu və fotoaparatını alıblar. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Şamil Salahov, Masallı rayon sakini Hikmət Əkbərov və Füzuli rayon sakini Fərid Paşayev tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31