Pulu oğurlayıb aradan çıxarkən yaxalandılar

Avqustun 31-də saat 04 radələrində Ağcabədi şəhərində "İnkişaf üçün maliyyə" MMC-nin Ağcabədi rayon filialının inzibati binasında oğurluq hadissi baş verib. DİN-dən verilən məlumata görə, binaya pəncərədən girmiş şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oradakı otaqlardan birində olan seyfdən 235 manat, habelə digər otaqda quraşdırılmış "E-manat" ödəmə terminalından 10879 manat oğurlayıb hadisə yerini tərk edərkən Ağcabədi RPŞ əməkdaşları tərəfindən tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31