Sumqayıt sakinindən marixuana götürülüb

Sumqayıt şəhər sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Samid Cumayevdən 450 qram marixuana götürülüb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31