Həmyerlisini münaqişə zəminində qətlə yetirdi

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naftalan şəhər sakini Elşən Bayramovu bıçaqla qətlə yetirmiş həmyerlisi Bəhram Bayramov tutulub. DİN-dən verilən məlumata görə, hadisə avqustun 28-də Naftalan şəhərində baş verib. İlkin araşdırmalar zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31