Qax rayonu, Əmircan kəndində vətəndaşa məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi və digər vətəndaşa məxsus fındıq bağının ərazisində 35 ədəd fındıq ağacları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fındıq bağlarının qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31