Qubada iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
31 Avqust 2015 16:08 KriminalÖtən gün Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun, Quba rayonun Vladimirovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 21 07" markalı nəqliyyat vasitəsilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər - Quba rayonu, Əlibəyqışlaq kənd sakinləri - 1956-cı il təvəllüdlü Əyyubov Sabir Tahir oğlu, 1957-ci il təvəllüdlü Əyyubova Hənifə Məmmədağa qızı və 1967-ci il təvəllüdlü Əliyeva Yəmən Məmmədağa qızı ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31