Oğrunun digər əməlləri də ifşa olundu
31 Avqust 2015 15:10 KriminalAvqustun 30-na keçən gecə Biləsuvar şəhərində şəhər sakinləri Əli Əliyevə və qardaşı Asifə məxsus mağazalardan 79 manat, tütün məmulatı, danışıq kartları, ərzaq məhsulları və sərinləşdirici içki oğurlanıb. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ağadadaş Kərimzadə tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 15-də Maşallah Heydərova məxsus mağazadan 70 manat, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31