Bakı sakinindən narkotik vasitə götürülüb

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Vəlibəyovdan 0,449 qram heroin götürülüb. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 24-də Kənan Mustafayevə və Vasif Murtuzəliyevə məxsus mobil telefonları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31