Qadının telefonunu oğurlayan ələ keçib

Avqustun 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Xatirə Kərimovanın evindən mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Məmmədzadə tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31