Maşından qızıl əşyalar oğurlanıb

Zaqatala sakininin maşınından oğurluq edilib. DİN-dən verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon sakini Elnur İsgəndərova məxsus "Seat" markalı avtomobildən 200 manat və 360 avro, habelə qızıl əşyalar oğurlamış həmyerlisi Hakim Hacıyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31