Axtarışda olan şəxs tutulub
31 Avqust 2015 13:02 KriminalDövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 20 nömrəli "Sankt-Peterburq-Bakı" aviareysi ilə ölkə ərazisinə 15.01.1933-cü il təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən 13.12.1986-cı il təvəllüdlü Masallı rayon sakini Kərimov Bahadır Ağaxan oğlu saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Bahadır Kərimov eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən də axtarışdadır. Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.