Qazax rayonu, Ürkməzli kəndində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 35 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31