Şəmkir rayonu, Qaracəmirli kəndində inzibati bina yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 240 kv.m olan inzibati binanın 2 otağının və çardağının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31