Bakıda zəncirvarı qəza

5 minik avtomobili toqquşub, böyük tıxac yaranıb

Bu gün saat 09:00 radələrində Bakıda zəncirvarı qəza baş verib. Nizami Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Babək prospektində, şəhər istiqamətində "Azpetrol" şirkətinə məxsus yanacaqdoldurma stansiyası yaxınlığında 5 minik avtomobili toqquşub. Xəsarət alanlar var. Nizami Rayon Polis İdarəsindən qəza nəticəsində həyatını itirənlərin olmadığı bildirilib. Zəncirvarı qəza yolda hərəkətin dayanmasına və Babək prospektinə böyük tıxaca səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31