“Jiquli” ilə toqquşan motosiklın sürücü və sərnişini ağır yaralandı
Şahidlərin sözlərinə görə, motosikletin sürücüsü və sərnişini təhlükəsizlik qaydalarına əməl etməyiblər
3 Oktyabr 2012 10:26 KriminalBu gecə Heydər Əliyev prospektində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Həsən Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşın üzü metronun Koroğlu stansiyasına doğru hərəkətdə olan zaman arxadan gələn motosiklet nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə motosikletin sürücüsü və bir nəfər sərnişin ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım avtomaşını ilə 1 saylı şəhər klinik xəstəxansına çatdırılıb.Hadisə şahidlərinin sözlərinə görə, qəza anında motosikletin sürücüsü və sərnişi təhlükəsizlik qaydalarına əməl etməyiblər. Yəni iki təkərli nəqliyyat vasitəsini idarə edən gənclərin motoskiletdə olarkən nəzərdə tutulan müvafiq baş geyimindən istifadə etməsi onların ağır xəsarətlər almasına səbəb olub.Faktla bağlı nərimanov rayon polis iadrəsinin əməkdaşları tərəfindən araşdımalara başlanılıb. Yol nəqliyyat hadisəsinin baş vermə səbəbləri isə ekspertlərin verəcəyi yekun rəydən sonra məlum olacaq.