Avtoqəzada 4 nəfər ölüb
28 Avqust 2015 15:27 KriminalDaxili İşlər Nazirliyi Şəkidə dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. "Olaylar"-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 27-də saat 02 radələrində Şəki rayonunun İnçə kəndində şəhər sakini Elşən Əlizadə idarə etdiyi "Saipa Tiba" markalı avtomobili aşırıb, nəticədə sürücü və sərnişinləri, həmyerliləri Asif Sədiyev, Seymur Mustafayev, Araz Abdullayev hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31