Bakı sakinindən silah-sursat götürülüb

Bakı sakini silah-sursat satarkən saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasət Məmmədov qundağı və lüləsi kəsilmiş "TOZ-16" markalı tüfəngi və 3 ədəd patronu 400 manata satarkən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31