“Jeep”-in vurduğu piyada yerindəcə ölüb
28 Avqust 2015 15:07 KriminalSəbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Nicat Bağırov İdarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçən həmyerlisi Məmməd Qasımovu vurub. Həticədə piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31