Həyətində çətənə yetişdirirmiş
28 Avqust 2015 15:07 KriminalXaşmaz və Quba rayonlarında xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ramin Məhəmmədova məxsus həyətyanı sahədən çəkisi 8 kiloqram 640 qram, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərhad Məmmədova məxsus sahədən çəkisi 3 kiloqram 825 qram olan kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31