Əl çantasından narkotik maddə çıxdı

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Xavər Cahangirova gömrük nəzarətindən keçib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman əl çantasından 8 ədəd həb şəklində olan "Metadone-40" adlı dərman preparatı aşkar edilib. Xatırladaq ki, "Metadone-40" adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr"in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,32 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31