Qusarda 6 otaqlı ev yanıb

Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 240 kv.m olan 2 mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31