Paytaxtın Qaradağ rayonunda gəmidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda istifadəyə yararsız, kəsilməkdə olan gəminin yanar hissələri yanıb. Yaxınlıqdakı gəmilər yanğından mühafizə olunub. Yanğın saat 23:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31