Saatlıda yük avtomobili kanala aşdı, bir qadın qadın dünyasını dəyişdi
2 Oktyabr 2012 22:21 KriminalBu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı RPŞ-nin istintaq bölməsinin rəisi Əvəzağa Məmmədov məlumat verib.Onun bildirdiyinə görə, Saatlı rayonunun Sarıcalar kəndi ərazisində rayonun Qaranuru kənd sakini 1974-ci il təvəllüdlü Alim Orucəli oğlu Mehdiyevin idarə etdiyi yük avtomaşını fəhlələri pambıq sahəsinə apararkən avtomaşını su kanalına aşırıb.Qəza nəticəsində avtomobilin yük yerində olan Sarıcalar kənd sakini 1968-ci il təvəllüdlü Mehparə Məmmədəli qızı Səfərova aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31