80 yaşlı qadının meyiti bağlı qapı arxasında tapılıb
27 Avqust 2015 17:07 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər 1935-ci il təvəllüdlü Kazakova Anastasiya Vasiliyevnanı mənzildə huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Kazakovanın vəfat etdiyi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31