Xudatda əxlaqsızlıq yuvası aşkar edilib
27 Avqust 2015 14:59 KriminalXudat rayonunda əxlaqsızlıq yuvası aşkar edilib. DİN-dən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Elçin Cəfərinin Nabran kəndində yerləşən "Sevdiyim məkan" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31