Evdən qızıl aparanlar ələ keçdilər

Avqustun 25-də paytaxtın Nizami rayonunda yaşayan Asif Qasımovun evinə pəncərədən girmək yolu ilə 350 manat, qızıl və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ağamoğlan Abdalov, əvvəllər məhkum olunmuşlar Fuad Rəsulov, Şəki rayon sakini Xəyal Yunisov və Gürcüstan vətəndaşı Qurban Hacıyev tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31