Astarada ər arvadını bıçaqlayıb
26 Avqust 2015 18:51 KriminalAstara rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 26-da saat 16.30 radələrində rayonun Çayoba kəndində qeydə alınıb. Kənd sakini Nurəddin adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Heyran Barat qızı Əliyevaya bıçaqla bədəninin müxtəlif nahiyələrindən bədən xəsarətləri yetirib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, hazırda onun xilas edilməsi istiqamətində tədbirlər görülür.
Həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb. Onun hadisəni törədən zaman içkili olduğu məlum olub.
Faktla bağlı Astara rayonunun hüquq-mühafizə orqanlarında araşdırmalara başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31