Motosiklet oğrusu tutulub

Neftçala rayonunda vətəndaşa məxsus motosiklet oğurlanıb. DİN-dən verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Məmmədağa Səlimova məxsus "İJ-Yupiter" markalı motosikleti oğurlamış rayon sakini Şirxan Paşayev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31