Evdən qızıl əşya oğurlayanlar saxlanıb
26 Avqust 2015 15:42 KriminalGəncə şəhərində oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Məhərrəm Əsgərovun evindən qızıl və məişət əşyaları oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qurbanov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Rüstəmov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31