Sabunçu rayonunda 4 soyğunçu tutulub
26 Avqust 2015 15:41 KriminalSabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Xavər Məhərrəmovanın 500 manatını soyğunçuluq yolu ilə almış paytaxt sakinləri Əli Şərifov və Həsən Abdullayev tutulub. Həmçinin Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Əfsanə İsmayılovanın qızıl üzüyünün və gümüş qolbağının soyğunçuluq yolu ilə almış Mehdi Əhmədov, Vüsal Həmidov və Yusif Xanquluyev tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31