Oğrunun digər cinayət əməlləri də müəyyən edildi

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Xaliq Hacıyevə məxsus evdən 700 metr elektrik naqili oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bayramov tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ziyad Ziyadova, Seymur Əliyevə və Hüseynağa Əhmədova məxsus evlərdən inşaat materialları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31