Bakıda şirkətdən 450 min dollar oğurlayan tutuldu
26 Avqust 2015 14:17 KriminalBaş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450 min dolları olan seyfin oğurlanması faktının üstünü açıblar. Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, bu oğurluğa görə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31