Sabirabadda yeməkxana yanıb

Sabirabad şəhərində vətəndaşa məxsus yeməkxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 400 kv.m olan yeməkxananın mətbəxinin qamışdan ibarət tavanı 80 kv.m sahədə yanıb. Yanğın zamanı mətbəxdə olan 5 ədəd 5 litrlik və 3 ədəd 50 litrlik məişət qaz balonu təhlükəsuz əraziyə çıxarılıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31