Bərdədə bankomat yanıb

Bərdə şəhərində "Kapital Bank" ASC-nin filialının qarşısında quraşdırılmış bankomatda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə bankomatın plastik kart daxil olan rezin hissəsi yanıb. Bankomatın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31